BolgeXeber.Com » BÖLGƏ TV » Məşhur azərbaycanlı model azadlığa çıxacaq günü gözləyir – VİDEO

Məşhur azərbaycanlı model azadlığa çıxacaq günü gözləyir – VİDEO

23-01-2017, 11:15
Oxunub: 3 760 Məşhur azərbaycanlı model azadlığa çıxacaq günü gözləyir – VİDEOModelin podiumdan həbsxanaya aparan yolu

Bir vaxtlar foto-model kimi tanınan Qalina Babayeva artıq 4 ildir ki, həbsxana divarları arasında azadlığa çıxacağı günü gözləyir.

Bolgexeber.com Femida.az-a istinadən xəbər verir ki, vaxtilə podiumların əsas simalarından olan Qalina həm də 2002-ci ildə Türkiyə keçirilən gözəllik müsabiqəsinin qalibi olub.

Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.

Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilir.

Onun həyatını əks etdirən videokadrı oxuculara təqdim edirik.