BolgeXeber.Com » Xəbərlər » Bankdan özbaşınalıq-Kredit borcunu biznes sahibi olan şəxsdən yox, zamindən aldılar- VİDEO

Bankdan özbaşınalıq-Kredit borcunu biznes sahibi olan şəxsdən yox, zamindən aldılar- VİDEO

23-01-2017, 12:52
Oxunub: 2 142 Bankdan özbaşınalıq-Kredit borcunu biznes sahibi olan şəxsdən yox, zamindən aldılar- VİDEOÖvladının müdürünə zamin durdu, maaşından götürülən kreditin həcmindən çox vəsait tutuldu

Maraqlı hadisə Biləsuvar rayon Aşağı Cürəli kənd sakini İbrahim Bağırovun başına gəlib.
Bolgexeber.com xezerxeber.az-a istinadən bildirir ki, kreditin götürülməsindən 6 ay sonra kredit məbləği onun maaşından tutulmağa başlanılıb.

İbrahim Bağırov iddia edir ki, krediti götürən Elxan İsmayılov ona bildirib ki, 2000 manatlıq kreditin 1500 manatını özü ödəyib. Ancaq Bakıda ticarət obyekti olsa da pulun qalanını onun maaşından çıxırlar. Keçən müddət ərzində İbrahim Bağırovun maaşından kifayət qədər pul tutulub. Bu isə kredit borcunun niyə bu qədər çox olması sualını doğurur.

Haqqında iddiaların olduğu Elxan İsmayılov da belə bir hadisənin yaşandığını etiraf edir. Ancaq o, borcun özü tərəfindən hər ay gecikdirilmə ilə olsa da ödənildiyini, buna baxmayaraq bankın İbrahim Bağırovdan da müəyyən məbləğ tutduğunu deyir.

Hüquqşünas Anar Ramazanov deyir ki, belə halla qarşılaşan vətəndaşlar öncə bunu bilməlidirlər ki, zamin durduqları kreditin son qəpiyədək ödənməsinə görə tam məsuliyyət daşıyırlar. Ancaq əgər əmlakı, obyekti ola-ola bank pulu zamindən tutursa bu barədə zamin icra məmurlarına müraciət etməlidir.

Hüquqşünas bildirir ki, hətta zamin pulu ödəməyə görə qəbzləri özündə saxlamaqla kredit tam ödənildikdən sonra da məhkəməyə müraciət edə və krediti götürən əsas şəxsdən banka ödədiyi məbləğin hamısını tələb edərək ala bilər.