BolgeXeber.Com » Gündəm » Cəlilabadın icra başçısı haqqında ittihamlar yalan çıxdı!- TƏFƏRRÜATLAR

Cəlilabadın icra başçısı haqqında ittihamlar yalan çıxdı!- TƏFƏRRÜATLAR

24-01-2017, 13:12
Oxunub: 3 393 Cəlilabadın icra başçısı haqqında ittihamlar yalan çıxdı!- TƏFƏRRÜATLAR“Mən orta təhsilli adamam, internetdə nə yazılıb heç xəbərim yoxdu"

Dünən bəzi xəbər portallarında aprel döyüşlərində şəhid olan Röyal Nəsirovun ailəsinin dövlət tərəfindən onlara ayrılan 11 min manat sığorta pulunun verilmədiyindən şikayətçi olduğu ilə bağlı məlumatlar yayılmışdı.

Biz də deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün şəhidin atası İmran Nəsirovla telefon əlaqəsi saxladıq. İmran Nəsirov yazılan məlumatları təkzib elədi. O bildirdi ki, elə bu yaxınlarda Cəlilabad rayonundakı bankların birindən 10945 manat sığorta pulu götürüb. Bundan əlavə, Mehriban xanım Əliyeva tərəfindən Nəsirovlar ailəsinə 10000 manat yardım göstərilib.
“Mən orta təhsilli adamam, internetdə nə yazılıb heç xəbərim yoxdu. Oğlum vətənimiz uğrunda şəhid olub. Vətən sağolsun. Ayrılan sığorta pulunu da almışam. Jurnalistlərdən xahiş edirəm, mənim adımdan internetdə yalan xəbərlər yazmasınlar. Mənim rayonumuzun icra başçısı Əziz Əzizov ilə heç bir problemim yoxdu. Cəlilabad Rayon İcra Hakimiyyəti həmişə şəhid ailələrini diqqət mərkəzində saxlayır. Bizə köməklik göstərirlər. İcra Hakimiyyətinin nümayəndələrinə təşəkkür edirəm.”- deyə İmran Nəsirov bildirib.
Qeyd edək ki, Röyal Nəsirov 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub. O,Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində Qapanlı kəndi ətrafında gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Bolgexeber.com