BolgeXeber.Com » İdman » Seneqal və Tunis Afrika Kubokunun 1/4 finalına vəsiqə qazanıb - VİDEO

Seneqal və Tunis Afrika Kubokunun 1/4 finalına vəsiqə qazanıb - VİDEO

24-01-2017, 13:34
Oxunub: 3 286 Seneqal və Tunis Afrika Kubokunun 1/4 finalına vəsiqə qazanıb - VİDEOSeneqal və Tunis yığmalarının futbolçuları Qabonda keçirilən Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıblar

"Report" xəbər verir ki, bazar ertəsi Tunis millisi "B" qrupunun həlledici oyununda Zimbabve üzərində 4:2 hesabı ilə qələbə qazanıb.
Eyni qrupda yer alan Seneqal millisi isə Əlcəzairlə 2:2 hesablı heç-heçə edib.


Beləliklə, Seneqal və Tunis qrupda müvafiq olaraq birinci (7 xal) və ikinci (6) yerləri tutublar ki, bu da onların növbəti mərhələyə çıxmalarına imkan verib.
Seneqal 1/4 finalda Kamerun yığması ilə qarşılaşacaq. Tunisin rəqibi isə hələ ki, məlum deyil.
Turnir fevralın 5-də yekunlaşacaq.
Seneqal və Tunis Afrika Kubokunun 1/4 finalına vəsiqə qazanıb - VİDEO