BolgeXeber.Com » Media » Bu il dünyada neçə jurnalist öldürülüb?

Bu il dünyada neçə jurnalist öldürülüb?

28-12-2010, 12:45
Oxunub: 4 317
Bu il jurnalistlər üçün ən təhlükəli ölkələr Meksika ilə Pakistan olub.

Bolgexeber-in BBC-yə istinadən verdiyi məlumata görə, 2010-cu ildə Meksikada 14 jurnalist öldürülüb. Onlar narkokartellər və digər cinayətkar qrupların fəaliyyətinin araşdırılması ilə məşğul olduqları üçün «aradan götürülüblər».
Bu il Pakistanda da eyni sayda media nümayəndəsi qətlə yetirilib.

Sonrakı yerləri Honduras, İraq, Filippin, Rusiya və Kolumbiya tutur. Ümumilikdə 2010-cu ildə dünyada 105 jurnalist öldürülüb.