BolgeXeber.Com » Siyasət » Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaq

Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaq

24-01-2017, 14:58
Oxunub: 2 325  Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaqAstanada Suriya məsələsinin nizamlanması üzrə danışıqlarda iştirak edən Suriya müxalifətinin nümayəndə heyəti barışıq zəmanətçisi olan ölkələrin yekun kommünikesini imzalamayacaq

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstandakı danışıqlarda Suriya müxalifətini təmsil edən rəsmi nümayəndə Yəhya əl-Aridi bildirib.

"İmzalanma olmayacaq. Zəmanətçi ölkələr - Rusiya, Türkiyə və bəlkə də İran yalnız sənəd yayır", - deyə o vurğulayıb.

Qeyd edək ki, artıq ikinci gündür Astanada Suriya nizamlanması üzrə danışıqlar çərçivəsində görüşlər keçirilir.