Azərbaycanda bu siqaretin satışı qadağan edildi
24-01-2017, 17:35
Oxunub: 4 306
İqtisadiyyat Nazirliyi "Azəri" korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Piramida" siqaretinin satışını qadağan edib
“Contact” xəbər verir ki, bu barədə "Azad İstehlakçılar" İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.
Filtrsiz siqaret istehsalı faktının araşdırılması "Azad İstehlakçılar" İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən "Azəri" korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.
"Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir", - deyə Eyyub Hüseynov bildirib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər