BolgeXeber.Com » Gündəm » Cəlilabadda şəhid atası onun adından yalan məlumat yayan saytı məhkəməyə verir -VİDEO

Cəlilabadda şəhid atası onun adından yalan məlumat yayan saytı məhkəməyə verir -VİDEO

24-01-2017, 18:11
Oxunub: 3 726 Cəlilabadda şəhid atası onun adından yalan məlumat yayan saytı məhkəməyə verir -VİDEODünən bəzi xəbər portallarında aprel döyüşlərində şəhid olan Röyal Nəsirovun ailəsinin dövlət tərəfindən onlara ayrılan 11 min manat sığorta pulunun verilmədiyindən şikayətçi olduğu ilə bağlı məlumatlar yayılmışdı

İmran Nəsirov yazılan məlumatları mətbuat vasitəsilə təkzib edib,onların yalan olmasını bildirib.Bu cür yanlış informasiyaları yayan mətbuat orqanlarına etiraz edən şəhid atası qeyd edib ki, elə bu yaxınlarda Cəlilabad rayonundakı bankların birindən 10945 manat sığorta pulu götürüb. Bundan əlavə, Mehriban xanım Əliyeva tərəfindən Nəsirovlar ailəsinə 10000 manat yardım göstərilib.
İmran Nəsirov həmçinin məsələ ilə bağlı redaksiyamıza videomüraciət göndərib.Müraciətdə şəhid atası onun adından yalan məlumat yayan saytı və onun rəhbərini məhkəməyə verdiyini vurğulayıb.Həmin müraciəti olduğu kimi təqdim edirik:
Bolgexeber.com