BolgeXeber.Com » Ölkə » Lənkəranda kredit təşkilatının ofisindən seyf oğurlayan şəxslər tutulub VİDEO

Lənkəranda kredit təşkilatının ofisindən seyf oğurlayan şəxslər tutulub VİDEO

25-01-2017, 10:54
Oxunub: 3 027 Lənkəranda kredit təşkilatının ofisindən seyf oğurlayan şəxslər tutulub VİDEOLənkəranda kredit təşkilatının ofisindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb

Rayon-Şəhər Polis İdarəsindən APA-nın cənub bürosuna bildirilib ki, tutulan şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur.
Məlumatına görə, həmin şəxslərin “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən apardıqları seyfin içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, qurumun rəsmi sənədləri, möhürü olub.

Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.