BolgeXeber.Com » BÖLGƏ TV » İki gəncin məhəbbəti iki ailəni dərdə salıb – VİDEO

İki gəncin məhəbbəti iki ailəni dərdə salıb – VİDEO

25-01-2017, 11:16
Oxunub: 4 093 İki gəncin məhəbbəti iki ailəni dərdə salıb – VİDEOValideynlərinin başqasına ərə vermək istədiyi üçün öz istədiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Xəzər TV-yə üz tutub

Günay Məmmədova qaçırılmadığını və öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini dedi.

Ancaq təhdidlər gəncləri qorxutmur və nə olursa olsun sevgiləri üçün mübarizə aparacaqlarını deyirlər.

Onların müraciətini eşidib Xəzər TV-yə üz tutan Günayın valideynləri və yaxınları ilə də danışmaq istədik. Ancaq bizi görən kimi uzaqlaşdılar.

Amma valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları məsələyə münasibət bildirdilər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə 4 il nişanlı qaldığını və heç nəyə məcbur edilmədiyini dedi.

Bununla belə, artıq onlar Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qəfildən belə bir addımın atılmasıdır.

Gənclər isə hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: