BolgeXeber.Com » İqtisadiyyat » Dünyada ən ucuz internet hansı ölkədədir? – REYTİNQ

Dünyada ən ucuz internet hansı ölkədədir? – REYTİNQ

25-01-2017, 17:45
Oxunub: 3 257 Dünyada ən ucuz internet hansı ölkədədir? – REYTİNQİran ən ucuz internetə malik ölkələrin ilk üçlüyünə daxil olub

Bolgexeber.com-un məlumatına görə, Lent.az “rueconomics.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Content Review” analitik şirkətinin hesabatında deyilir.

Məlumata görə, ən ucuz mobil internetin olduğu ölkələrin reytinq siyahısında ikinci yerdə Rusiya, üçüncü yerdə isə Polşa qərarlaşıb.

Reytinqə başçılıq edən İranda isə 1 GB internetin qiyməti 40 qəpik təşkil edir. Bu yaxınlarda ölkədə bu xidmətin qiyməti 13 faiz aşağı salınıb. Rusiyada 1 GB internetin qiyməti 3 manat 65 qəpik, Polşada bundan bir az bahadır.

Reytinq tərtib olunarkən mütəxəssislər 1 GB internet həcminin ötürülmə qiymətini nəzərə alıblar. Bu reytinqin antilideri Böyük Britaniyadır. Burada 1 GB internetin ötürülməsi 34 manat 66 qəpiyə başa gəlir.