Azərbaycanda yekəqarın polis yoxdur - DİN-dən açıqlama
25-01-2017, 18:05
Oxunub: 3 545
Məlum olduğu kimi, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən polis polkovniki Ehsan Zahidov Femida.az-ın suallarını cavablandırıb.
Bolgexeber.com müsahibəni oxuculara təqdim edir:
- Ehsan müəllim, əvvəlcə icra edəcəyiniz yeni vəzifədə sizə uğurlar arzu edirik…
- Mənim vəzifəm hələ də mətbuat xidmətinin rəis müavinidir. Lakin müvəqqəti olaraq mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirəm.
- Məlum olduğu kimi, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib. Azərbaycanda polis əməkdaşlarına belə bir tapşırığın verilməsi gözlənilirmi?
- Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti olaraq nazirin birbaşa iştirakı ilə polis orqanlarına qəbul olunan namizədlərin ya fotolarını, ya da videogörüntülərini ictimaiyyətə mütəmadi olaraq təqdim edirik. Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına seçilən namizədlərin xarici görünüşü, fiziki hazırlığı ilə bağlı müəyyən olunmuş normalar mövcuddur. Yəni boyu 175 santimetrdən aşağı olmayan, idmançı görkəminə malik, bədən ölçüləri boylarına uyğun olan vətəndaşlar işə götürülür. Bizdə sovet dönəmindən fərqli olaraq, yekəqarın, həddindən artıq arıq insanlar polis orqanlarına qəbul olunmur. Yəni Tacikistandakı kimi bizdə əlavə göstərişin verilməsinə ehtiyac yoxdur. Azərbaycanda ümumiyyətlə yekəqarın polis yoxdur.
- Doğrudur, polis orqanlarına yalnız müəyyən normalara cavab verən namizədlər qəbul olunur. Lakin elə hallar da olur ki, müəyyən yaşdan sonra bəzi polislərimiz həddindən artıq çəki əldə edirlər…
- Polis də bir insandır. Müəyyən yaş keçdikdən sonra onun qarnı çıxa, kökələ bilər. Polis əməkdaşlarına mütəmadi olaraq dərslər keçirlir. Bu dərslərdə polis əməkdaşlarının qidalanması barədə onlara daimi tövsiyyələr verilir. Polis əməkdaşlarımız həftə ərzində ən azı 2-3 dəfə dərslərə cəlb olunur. Əgər bizdə artıq çəkili polislər varsa, o da sovet dönəmində xidmətə qəbul olanlardır. Onlar da yəqin ki, yaxın vaxtlarda təqaüdə göndərilər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər