BolgeXeber.Com » İqtisadiyyat » "Manata çox pul xərcləməyə dəyməz, devalvasiya davam edəcək" - deputat

"Manata çox pul xərcləməyə dəyməz, devalvasiya davam edəcək" - deputat

25-01-2017, 18:39
Oxunub: 3 172 "Manata çox pul xərcləməyə dəyməz, devalvasiya davam edəcək" - deputatAmerika Birləşmiş Ştatlarının yeni prezidenti Donlad Trampın fəaliyyətinin ilk günlərində dünyada dollar az da ola ucuzlaşıb

İnkişaf etmiş ölkələrin valyutaları dollara nisbətən möhkəmlənib. Dolların ucuzlaşması qonşu ölkələrin valyutasına da müsbət mənada təsir edib. Beləki Rusiya rublu, Qazaxıstan təngəsi dollara nisbətən möhkəmlənib. Lakin Azərbaycan manatı sürətlə ucuzlaşmaqda davam edir.

Qeyd edək ki, bu günki valyuta hərracında doların rəsmi məzənnəsi 1 manat 90 qəpiyi keçib. Bu da ötən günlə müqayisədə 5 qəpik ucuzlaşma deməkdir.

Neftin də dünya birjalarında bir barelinin 55 dollar ətrafında olduğunu nəzərə alsaq, Azərbaycan manatının sürətlə dəyər itirməsi təəccüb doğurur

Qaynarinfo.Az məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vahid Əhmədovdan münasibət öyrənib.

Vahid Əhmədov bildirib ki, Azərbaycan manatının arxasında duran əsas neft və qazdır:

"Bunların vasitəsilə Azərbaycana dollar idxal edirik. Son vaxtlar neftin ixracında müəyyən kvotalar, azalmalar var. Neftin qiyməti də elə yüksək deyil. Manatı saxlayan iki əsas amil var. Birincisi neftin qiymətidir. İkincisi isə idxal-ixrac əməliyyatlarıdır. Yəni tələb-təklif arasında olan prosesləridir. Bizdən fərqli olaraq Rusiyada, Qazaxıstanda çoxdan tələb və təklif eyniləşdirilib. Onların milli valyutasının məzənnəsini də bazar müəyyən edir. Bizdə də 2016-cı ildən etibarən idxalda müəyyən prosselər getdi. İdxalı azaltmağa başladılar. Ötən ilə nisbətən azalıdı.

Deputan bildirib ki, bütün bunlara baxmayaraq manat hələ bazar qiymətini almayıb:

"Ona görə də manatın ucuzlaşması davam edir. Manata çox pul xərcləməyin əhəmiyyəti yoxdur. Gec-tez bazar qiymətini tapmalıdır. Strateji yol xəritəsində də qəbul olunub ki, 2017ci ildən manat tam üzən məzənnə siyasətinə keçəcək. Bu prosess o vaxta qədər davam edəcək ki, idxal-ixrac prosesində, neftin qiymətində, tələb təklifdə müəyyən müsbət halqa yaransın".

Vahid Əhmədov qeyd edib ki, yaxın iki ay müddətində məzənnənin 2 manat olacağı gözlənilir:

"Hələlik manata Mərkəzi Bank tərəfindən müəyyən müdaxilələr var. Amma axıra qədər də müdaxilə etək mümkün deyil. Yumşaq devalvasiya gedir. Bunu belə aparacaqlar ki, ciddi təsir olmasın".