BolgeXeber.Com » BÖLGƏ TV » Sürücünü ələ salan yol polisinin yanındakı polis də işdən çıxarıldı- VİDEO

Sürücünü ələ salan yol polisinin yanındakı polis də işdən çıxarıldı- VİDEO

26-01-2017, 10:19
Oxunub: 3 151 Sürücünü ələ salan yol polisinin yanındakı polis də işdən çıxarıldı- VİDEOSosial şəbəkələrdə yol-patrul xidməti inspektorları tərəfindən yük avtomobilinin sürücüsünə qarşı qeyri-etik hərəkətlərə yol verilməsini əks etdirən videogörüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) aparılan xidməti araşdırma başa çatıb

BDYPİ-dən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, DYP avtomobilində olanlar polis baş serjantları Elvin Mövlamov və Firuddin İdrisovdur.

Həmin əməkdaşlardan Firuddin İdrisov 2016-cı ilin dekabrında xidmətdə yol verdiyi digər nöqsanlara görə 13.12.2016-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Elvin Mövlamov isə özünün şəxsi mobil telefonu ilə qeydə aldığı videogörüntülərdəki faktlar təsdiqini tapdığına görə 24.01.2017-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

avtosfer.az