BolgeXeber.Com » İdman » Reynaldo sabah “Adanaspor”la müqavilə imzalayacaq

Reynaldo sabah “Adanaspor”la müqavilə imzalayacaq

26-01-2017, 10:39
Oxunub: 6 168 Reynaldo sabah “Adanaspor”la müqavilə imzalayacaqAğdamın “Qarabağ” klubunun braziliyalı futbolçusu Reynaldo Silva sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək

Məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib: "Bir neçə klub Reynaldo ilə maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq". (newsport)

* * *21:47 (25.01.2017)

"Qarabağ"ın tarixində ən yaxşı legionerlərdən biri kimi iz buraxan Reynaldo Silva bundan sonra Türkiyədə oynayacaq.

Türkiyənin "Adanaspor" klubu braziliyalının transfer məsələsində istədiyinə nail olub. Reynaldo üçün növbəti dəfə Ağdam klubunun “qapısını döyən” Super Liqa təmsilçisi “hə” cavabı ala bilib. Bu barədə yerli “Sabah” nəşri iddia yayıb.

Mənbədə bildirilir ki, Adana klubu artıq Reynaldo ilə bütün məsələlərdə razılığa gəlib. Böyük ehtimalla Reynaldo sabah “Adanaspor”la 2,5 illik müqavilə imzalayacaq.