BolgeXeber.Com » Ölkə » Sabah məktəblər tətilə buraxılacaq

Sabah məktəblər tətilə buraxılacaq

26-01-2017, 09:25
Oxunub: 2 500 Sabah məktəblər tətilə buraxılacaqAzərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq

Bolgexeber.com Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.