BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımova ad gününü belə qeyd etdi- VİDEO

Aygün Kazımova ad gününü belə qeyd etdi- VİDEO

27-01-2017, 12:20
Oxunub: 8 265 Aygün Kazımova ad gününü belə qeyd etdi- VİDEOXəbər verdiyimiz kimi, dünən xalq artisti Aygün Kazımovanın ad günü idi

Müğənninin 46 yaşı tamam olub.

A.Kazımova özəl gününü bu gün təmtəraqlı şəkildə qeyd edir. Şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin bir çox tanınmış siması dəvət olunub. Tez-tez imicini dəyişən müğənni bu dəfə də görünüşündə dəyişiklik edib.

Məclisə gələn qonaqları salamlayan Aygün 30 ildir sənətdə olduğunu qeyd edib. Xalq artisti bu ilin payızında "Crystal Hall"da konsert verəcəyini vurğulayıb.

Xatırladaq ki, A.Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanlb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilen "DAF BAMA Music Awards"ın mükafatçılarından olub. (axsam.az)