BolgeXeber.Com » Gündəm » Əliağa Hüseynov ərizəsini yazdı

Əliağa Hüseynov ərizəsini yazdı

28-12-2010, 22:45
Oxunub: 6 683
Deputat Əliağa Hüseynov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxmaq üçün ərizə yazıb.

Qanunvericiliyə əsasən, Mili Məclisin deputatı icra hakimiyyəti orqanında vəzifə tuta bilməz.

General Əliağa Hüseynov bu il noyabrın 7-də keçirilən parlament seçkisində 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.

Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Kərəm Muradov “Bolgexeber.com” saytına deyib ki, Əliağa Hüseynov səlahiyyətlərini icra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynova təhvil verib: “Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini hazırda birinci müavin Etibar Hüseynov icra edir”.

Şöbə müdiri qeyd edib ki, qanun icra hakimiyyəti orqanında işləyən şəxsə deputat seçiləndən sonra 2 ay müddətində icra hakimiyyətindəki vəzifəsini yerinə yetirmək hüququ verir: “Amma Əliağa Hüseynov artıq səlahiyyətlərini birinci müavinə təhvil verib”