BolgeXeber.Com » Gündəm » Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO

Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO

30-01-2017, 16:01
Oxunub: 6 947 Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO"Mən cəriməni hansı hesaba ödəyəcəyimi soruşduqda, Məmməd Həşimov mənə “elə bil sən Azərbaycanda yaşamırsan” dedi"


Bu gün redaksiyamıza Masallı şəhər sakini Ramil Həziyev tərəfindən şikayət daxil olub. O bildirir ki, Masallı RPŞ-nin əməkdaşları heç bir protokol tərtib etmədən, dayandığı yerdə onun maşınını cərimə meydançasına aparıblar.Bolgexeber.com həmin müraciəti təqdim edir:
“24 dekabr 2016-cı il tarixdə mən yaxın dostumun mənə müvəqqəti idarə etmək üçün verdiyi VAZ 21 21 Niva markalı avtomobili işlədiyim dükanın yanında olan dayanacaqda saxlayıb işimlə məşğul idim. Bu zaman Masallı PŞ-nin DYP əməkdaşı Şəmşir Kərimov dükana daxil oldu və məndən açarları ona verməyimi tələb etdi. Mən ondan açarları nəyə görə istədiyini soruşduqda o dedi ki, maşına baxış keçirmək istəyir. Mənsə dedim ki, maşına baxış keçirəksinizsə, mənimlə birlikdə keçirməliyik. Lakin Şəmşir Kərimov mənə qarşı təhqiramiz ifadə işlədərək zorla açarı əlimdən aldı. Sonra isə maşını açıb oturdu və sürüb getdi.
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO
İşimi qutardıqdan sonra Masallı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinə getdim. Şəmşir Kərimov da orada idi. Mən ondan avtomobili hansı cərimə meydançasına apardığını soruşduqda, o məni “əcəb eləmişəm, mən istədiyimi eləmək hüququna malikəm” deyərək acıladı. Mən bölmənin digər əməkdaşı Məmməd Həşimovun otağına daxil oldum və maşının hansı səbəbdən bölməyə gətirilməsini öyrənmək istədim. Həmin vaxt Məmməd Həşimov içkili vəziyyətdə idi. Mən dedim ki, bu prsesin icrası zamanı protokol tərtib olunmalıdır və mənim həmin protokolnan tanış olmaq hüququm var. Məmməd Həşimov lazım olarsa, protokol tərtib olunacağını bildirdi və özü şəxsən məndən 1100 manat pul istədi. Həmin vaxt Şəmşir Kərimov da onun otağında idi. Mən bunun cərimə olduğu düşündüm və cəriməni hansı hesaba ödəyəcəyimi soruşanda, Məmməd Həşimov mənə “elə bil Azərbaycanda yaşamırsan” dedi. Həmin vaxt onlar Şəmşir Kərimovla bir-birlərinə baxdılar, mən onda başa düşdüm ki, onlar bu pulu özləri üçün istəyirlər, ona görə də maşını aparanda heç bir protokol tərtib olunmayıb.”
“Hansı cəmiyyətdə yaşayırsan, hansı qanunlardan danışırsan?!”
Ramil Həziyevlə polis əməkdaşları arasında uzun müddət dialoq yaşanıb. Şikayətçi bildirir ki, belə vəziyyət uzun illərdir Masallı şəhərində yaşanır. Onlardan niyə belə qanunsuz hərəkət etdiklərinin səbəbini soruşanda isə, “hansı cəmiyyətdə yaşayırsan, hansı qanunlardan danışırsan?!” deyərək özlərini sudan quru çıxartmağa çalışırlar.

“Mən 1100 manat pulu hardan tapım ki, Şəmşir Kərimovla Məmməd Həşimova verib maşınımı cərimə meydançasından çıxarım?!”
“Bu hadisədən bir neçə gün sonra Məmməd Həşimov bir neçə mənə xəbər göndərib, məsələnin nə yerdə olduğunu soruşurdu. Xəbər göndərməkdən bir şey çıxmadığını gördükdə, bir gün mənə 6 yanvar 2017-ci ildə tərtib olunmuş protokol göndərdilər. Halbuki maşın 24 dekabr 2016-cı ildə cərimə meydançasına aparılmışdı. Bu da saktakarlığın bariz nümunəsidir.”- deyə şikayətçi bildirib.
“Cənab Nazir, yazıb sizdən xahiş edirəm ki, başıma gələn bu hadisənin aydınlığa qovuşmasında mənə köməklik göstərəsiniz. Bu, aşkar korrupsiya faktıdır. Mən sadə vətəndaşam, fərdi əməklə məşğul olaraq ailəmi saxlamağa çalışıram. Axı belə biabırçılıq olmaz. Xahiş edirəm, mənə köməklik göstərəsiniz”- yazaraq Ramil Həziyev şikayət ərzisəni sonlandırıb.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün yazıda adı keçən Şəmşir Kərimovla əlaqə saxladıq: “Biz bölmədə də Ramil bəyə demişdik ki, onun maşına vurduğu nömrə onun adına deyil və maşını bu nömrə ilə idarə etmək qanunazidd hərəkətdir. Biz öz işimizi görmüşük, qanundankənar heç bir hərəkətə yol verməmişik”- deyə Şəmşir Kərimov bildirdi.

Mövzu diqqətimizdədir. Araşdırmamız davam edir.


Bolgexeber.com
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTOMasallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO
Masallı şəhər sakininin Ramil Usubova müraciəti var-FOTO