BolgeXeber.Com » Siyasət » Vaşinqton hələ də narahatdır

Vaşinqton hələ də narahatdır

21-09-2012, 10:10
Oxunub: 4 327 Ramil Səfərova görə

“Bakı və Budapeştin Azərbaycan zabiti Ramil Səfərovun azad edilməsi ilə bağlı acıqlamaları ABŞ rəsmilərini qane etmir”. Dövlət katibinin müavini Filip Qordon “Azadlıq” radiosuna belə deyib.
O qeyd edib ki, Vaşinqton Budapeştin Ramil Səfərovu Bakıya verməsi və Azərbaycan hökumətinin onu əfv etməsindən hələ də dərin narahatdır: “Qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması Vaşinqtonu sarsıdıb və bu, regionda real təxribatdır”.
Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərov 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə erməni zabit Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək tutulub. Məhkəmə Ramil Səfərovu ömürlük həbsə məhkum edib.