BolgeXeber.Com » Dünya » Eyfel qülləsinin işıqları söndü

Eyfel qülləsinin işıqları söndü

31-01-2017, 10:28
Oxunub: 3 504 Eyfel qülləsinin işıqları söndüFransanın paytaxtı parisdə Eyfel qülləsinin işıqları söndürülüb

Trend-in məlumatına görə, bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib.

Məlumata görə, qüllədə işıqlar gecə saat 12:00-da söndürülüb.

Eyfel qülləsinin Twitter səhifəsində yerləşdirilimiş mikrobloqda hüzn və başsağlığı ifadə olunub.

Qeyd edək ki, Kanadanın Kvebek vilayətində məsciddə baş verən atışma nəticəsində 5 nəfər ölüb. Hadisə 3 silahlı şəxs tərəfindən dualar zamanı törədilib. Atışma zamanı məsciddə təxminən 40 nəfər olub. Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb.