BolgeXeber.Com » Dünya » Azərbaycanlı milyarderin Trampla 35 dollarlıq şəkli - FOTO

Azərbaycanlı milyarderin Trampla 35 dollarlıq şəkli - FOTO

31-01-2017, 14:05
Oxunub: 2 589 Azərbaycanlı milyarderin Trampla 35 dollarlıq şəkli - FOTOBir gün əvvəl bir sıra KİV-lər ABŞ prezidenti Donald Trampla "Palmali" Şirkətlər Qrupunun başçısı Mübariz Mənsimovun sensasiyalı şəkillərini yaydılar

Bolgexeber.com virtualaz.org-a istinadən bildirir ki, Azərbaycan milyarderinin şəkillərini media əhli "Palmali" Şirkətləri Qrupunun mətbuat xidmətinə istinadən yaydı.

Şəkillər sayılı saatlarda sosial şəbəkələrdə "uçdu" və geniş ictimai rezonans doğurdu. Azərbaycan sosial şəbəkələrinin bütün seqmenti açılmış sirri müzakirə edirdi - iki milyarderin dostluğunun tapmacasını. Axı ona qədər KİV-də Amerika inşaatının və rieltor biznesinin nəhənglərindən biri ilə Lənkəran dənizçisinin şəxsi əlaqəsi haqda heç nə yazılmamışdı?! Və budur, birdən Lənkəran dənizçisi oliqarxiya səmalarına qədər belə uçur və tamamilə təsadüfən inauqurasiyada Trampa yaxınlaşır və özünəməxs formada ona müraciət edir: "Qulaq as, dostum Donald, gəl yadigar şəkil çəkdirək, hə?!" Və dostu Donald da Mübarizə yaxınlaşır, onun güclü çiyinlərini sıxır və mehribancasına gülümsəyib cavab verir: "O-ho, mənim ən yaxşı dostum! Kef-əhval necədir? Mən sənin təhqir edilmiş şərəfinə görə bu Barakdan qisas alacağam! Səni İŞİD-lə o bağlayırdı?!"

Bəlkə də Mübariz Mənsimov Zoluşka obrazında harada isə sarayda olub. Amma çox tez bir zamanda "qızıl karetası" yenidən balqabağa, faytonçu isə iyrənc siçovula çevrildi.

Tezliklə aydınlaşdı ki, şəkillər saxtadır - bu aşağıəyarlı reklam adi feykdir və xüsusi kompüter proqramında hazırlanıb. Azərbaycan biznesmeninin şəklini hörmətli ABŞ prezidenti ilə saxta yolla qoşalaşdırıb yaymaq kimə lazım idi?

Məlum oldu ki, şəkilləri birinci "Qafqazinfo" nəşri yayıb. Hansı ki, sonra elə birinci olaraq da daha əvvəl yayılmış feyki təkzib etdi. Nəşr iddia edir ki, şəkillər "Palmali" mətbuat xidmətinin başçısı Hüseyn Cəbrayılov tərəfindən saytın redaksiyasına göndərilib. Və nəşr belə etibarlı mənbəyə istinad edib, oxucunu Donaldın və Mübarizin dostluğuyla təəccübləndirməyə qərar verib...


Bu əsl qalmaqaldır. Və istənilən başqa ölkədə, aparıcı oliqarx-milyarderin və ABŞ prezidentinin adı ilə bağlı qalmaqal yüksək istefalar və məhkəmə prosesləri seriyası ilə nəticələnərdi. Özünə hörmət edən oliqarx belə biabırçılıqdan sonra səhər küçəyə çıxmazdı. Amma görünür, tərbiyəlilik və bəzi sivil dünyəvi qaydalar hələ Azərbaycana gəlib çatmayıb. Çünki nə oliqarx özü, nə onun mətbuat katibi, nə də jurnalist hətta reputasiyalarının itməsinin faciəli miqyasını belə fikirləşməyiblər.

Düşünə bilərsiniz ki, nə olub, mətbuat katibi öz milyarder rəhbərinin piarını aparmaq üçün onun fotosunu Trampla birləşdirib də... Bəs Mübariz Mənsimov özü bu haqda bilirdimi? Çətin ki, mətbuat katibi öz təşəbbüsü ilə bu addımı atsın. Ən azı, qapaz alar, maksimum isə işsiz qalardı. Belə çıxır ki, onun bu addımı atmasına rəhbəri, yumşaq desək, pis baxmayıb. Və əgər bu həqiqətən belədirsə, onda Mübariz Mənsimova belə "aşağınövlü" piar nəyə lazımdır?

P.S. Virtualaz.org dəqiqləşdirib ki, Donald Trampla Mübariz Mənsimovun şəkli All Posters resursunda hazırlanıb. İstənilən arzu edən şəxs sayta öz şəklini yükləyə və Donald Trampla tamamilə həqiqi şəkli ala bilər. Belə xidmətin təxminən 35 dollar xərci var.
Azərbaycanlı milyarderin Trampla 35 dollarlıq şəkli - FOTO
Azərbaycanlı milyarderin Trampla 35 dollarlıq şəkli - FOTO