BolgeXeber.Com » Xəbərlər » Qubada ata 13 yaşlı qızını qətlə yetirib-YENİLƏNİB

Qubada ata 13 yaşlı qızını qətlə yetirib-YENİLƏNİB

31-01-2017, 16:16
Oxunub: 2 326 Qubada ata 13 yaşlı qızını qətlə yetirib-YENİLƏNİBBu gün günorta saatlarında azyaşlı qızını öldürən ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əşrəf Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Quba rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Alpan kəndində qeydə alınıb.

Kənd sakinlərinin APA-ya yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Atanın ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.