BolgeXeber.Com » BÖLGƏ TV » Qarlı hava şəraiti ilə əlaqədar olaraq “Bakı Nəqliyyat Agentliyi” və “Azəravtoyol” ASC-dən məlumat verildi

Qarlı hava şəraiti ilə əlaqədar olaraq “Bakı Nəqliyyat Agentliyi” və “Azəravtoyol” ASC-dən məlumat verildi

31-01-2017, 16:52
Oxunub: 4 129 Qarlı hava şəraiti ilə əlaqədar olaraq “Bakı Nəqliyyat Agentliyi” və “Azəravtoyol” ASC-dən məlumat verildiQarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib

Paytaxt yollarına nəzarət müşahidə kameraları vasitəsilə gücləndirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Btv.az-ın əməkdaşı Təbriz Cəlilova məlumat verib.
Mais Ağayev həmçinin hansı yollarda sürət həddinin azaldılması mövzusuna da toxunub.Bu gün səhər saatlarında yollarda ciddi bir tıxac müşahidə olunmayıb.
Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yollarda aparılan təhlükəsizlik tədbirləri barədə geniş məlumat verib. O bildirib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq yaranan problemlərin həlli yolunda qabaqlayıcı tədbirlər həyata keçiririk.
Biz də öz növbəmizdə soyuq keçən bu günlərdə sürücüləri ehtiyatlı olamağa çağırırıq.


İbrahim Mahmudov
Bolgexeber.com