BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdı

1-02-2017, 11:21
Oxunub: 3 337 Azərbaycanda benzin bahalaşdıAzərbaycanda istehsal olunan “Aİ-92” markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

APA-nın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub.

Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92” markalı benzin və "L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium” markalı benzin 1,05 AZN, "Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.