BolgeXeber.Com » Ölkə » "MTN generalı gecə saat 3-də çimmək eşqinə düşür" - Akif Çovdarovun hamam davası

"MTN generalı gecə saat 3-də çimmək eşqinə düşür" - Akif Çovdarovun hamam davası

1-02-2017, 13:10
Oxunub: 3 452 "MTN generalı gecə saat 3-də çimmək eşqinə düşür" - Akif Çovdarovun hamam davasıMTN generalı hesab edir ki, saxlanıldığı müəssisədə ona heç bir məhdudiyyət qoyulmamalı, mövcud qayda-qanunlar deyil, onun istək və arzuları əsas götürülməlidir

Hazırda məhkəməsi gedən ləğv edilən MTN-nin generalı Akif Çovdarovla bağlı Moderator.az-a ilginc informasiya daxil olub.
Etibarlı mənbədən verilən məlumata görə, həbs edildiyi andan etibarən öz qəribə davranışları və açıqlamaları ilə gündəmə gələnn A.Çovdarov, saxlanıldığı müəssisədə də əcaib istək və tələbləri ilə diqqət çəkməkdədir. Mənbənin sözlərinə görə, adətən gecə saatlarında, 2-3 radələrində çimmək eşqinə düşən A.Çovdarov, tələbinin dərhal yerinə yetirilməsini istəyir. Əks-təqdirdə qanuni haqlarının tapdalandığını iddia edir.
Mənbənin sözlərinə görə, A.Çovdarovun digər bir istəyi hamam üçün qoyulan vaxt məhdudiyyətinin aradan qaldırılmasıdır. MTN generalı hesab edir ki, saxlanıldığı müəssisədə ona heç bir məhdudiyyət qoyulmamalı, mövcud qayda-qanunlar deyil, onun istək və arzuları əsas götürülməlidir.