BolgeXeber.Com » Gündəm » Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib-VIDEO

Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib-VIDEO

1-02-2017, 14:27
Oxunub: 4 516 Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib-VIDEOSon günlər Bakıda müşahidə olunan kəskin qarlı hava şəraiti paytaxt yollarında hərəkət zamanı çətinlik yaradır

Btv.az bildirir ki,yolların buz bağlaması avtomobillərin sürüşməsinə səbəb olur, gediş-gəliş çətinləşir. Bakı Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraiti ilə keçən bu günlərdə gücləndirilmiş iş rejimi ilə çalışır. Yollara nəzarət artırılıb. Yol polisi əməkdaşları qalın buz qatı ilə örtülmüş yollara buz və duz səpən maşınların iş fəaliyyətinə diqqət edir. Bakı Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov kəskin soyuq keçən günlərdə sürücüləri ehtiyatlı olmağa çağırıb. Sonda Vaqif Əsədov qeyd etdi, vətəndaşların hava şəraitini nəzərə alaraq ictimai nəqliyyatdan istifadə etməsi onların təhlükəsizliyi üçün daha uyğundur.
Bolgexeber.com