BolgeXeber.Com » BÖLGƏ TV » Trampın qərarı azərbaycanlını gözyaşlarına boğdu – hər kəs ondan danışır (VİDEO)

Trampın qərarı azərbaycanlını gözyaşlarına boğdu – hər kəs ondan danışır (VİDEO)

1-02-2017, 15:18
Oxunub: 4 336 Trampın qərarı azərbaycanlını gözyaşlarına boğdu – hər kəs ondan danışır (VİDEO)ABŞ prezidenti Donald Trampın müsəlman ölkələri ilə bağlı son verdiyi qərar böyük reaksiyaya səbəb olub

BAKU.WS-in məlumatına görə, minlərlə müsəlman viza qaydalarının sərtləşdirilməsindən sonra ABŞ-a gedə bilmir. Dünya mətbuatının bir nömrəli mövzusuna çevrilən hadisə ictimaiyət tərəfindən müzakirə olunur.
Cənubi azərbaycanlı Hüseyn Xoşbəxti də Trampın imzaladığı qərardan əziyyət çəkən insanlardan biridir. Hava limanında saxlanılan və ABŞ-a buraxılmayan Hüsyin gözyaşları içərisində başına gələnləri danışıb:
“ABŞ və İran arasında əlaqələr korlanıb. Amma bunun günahkarı biz sadə vətəndaşlar deyilik. Biz hökumət deyilik. Mən həm İran, həm də ABŞ vətəndaşıyam. Müqavilə əsasında ABŞ-da 20 ildir ki, çalışıram. İki ölkə arasında problemlərin günahkarı biz deyilik”.
Cənubi azərbaycanlının bu sözləri sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilib.