BolgeXeber.Com » BÖLGƏ TV » Avtomobillərinə araq tökən sürücülərə xəbərdarlıq – VİDEO

Avtomobillərinə araq tökən sürücülərə xəbərdarlıq – VİDEO

3-02-2017, 11:22
Oxunub: 3 687 Avtomobillərinə araq tökən sürücülərə xəbərdarlıq – VİDEOƏksər sürücülər şaxtalı qış aylarında şüşəsilənlərin donmaması üçün tərkibini bilmədikləri qatqılardan istifadə edirlər

Qış aylarında avtomobilinizin şüşə silənlərinin donmaması üçün istifadə etdiyiniz qatqılar sizin səhhətinizə mənfi təsir edə bilər.Sürücülər diqqətli olun. Qış aylarında avtomobilinizin şüşə silənlərinin donmaması üçün istifadə etdiyiniz qatqılar sizin səhhətinizə mənfi təsir edə bilər. Bəs bu qatqıları alanda nələrə diqqət etmək lazımdır?

Əksər sürücülər də belə edir. Xüsusən, şaxtalı qış aylarında şüşəsilənlərin donmaması üçün tərkibini bilmədikləri qatqılardan istifadə edirlər. Ancaq ehtiyyatlı olmaq lazımdır. Çünki həmin qatqıların bəziləri həm avtomobil üçün zərərlidir, həm də insan səhhətinə ciddi mənfi təsir göstərə bilər

Bəzi sürücülər hətta sistemin donmaması üçün spirtli içkilərdən və qab yumaq üçün nəzərdə tutulan vasitələrdən də istifadə edirlər.

Ustaların sözlərinə görə, bu qatqılar əsasən Rusiya, Avropa və Çin istehsalı olur. Onlardan ən məsləhətlisi avropa istehsalı olanlardır.

Avropa istehsalı olan qatqıların qiymətləri isə 5-15 manat arasında dəyişir.