BolgeXeber.Com » Siyasət » Canlı yayımda Ərdoğandan Merkelə sərt təpki-VİDEO

Canlı yayımda Ərdoğandan Merkelə sərt təpki-VİDEO

3-02-2017, 11:28
Oxunub: 2 821 Canlı yayımda Ərdoğandan Merkelə sərt təpki-VİDEO"Belə bir ifadədən istifadə olunması doğru deyil"

Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Xezerxeber.az məlumat verir ki, mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A. Merkelen “islamist terror” ifadəsi işlətməsi R. T. Ərdoğanın etirazına səbəb olub. “İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək kimi olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, - deyə R. T. Ərdoğan söyləyib.
A. Merkel isə cavab olaraq “islamist” sözü ilə “islami” sözü arasında fərq olduğunu vurğulayıb: “Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. "İslamist" sözü ilə "islami" sözü arasında fərq var”.