BolgeXeber.Com » Dünya » Fransada dəhşət — Luvr muzeyinə çanta ilə girməyə çalışanı vurdular-VİDEO

Fransada dəhşət — Luvr muzeyinə çanta ilə girməyə çalışanı vurdular-VİDEO

3-02-2017, 15:54
Oxunub: 2 706 Fransada dəhşət — Luvr muzeyinə çanta ilə girməyə çalışanı vurdular-VİDEOFransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində dəhşətli anlar yaşanıb

Luvr muzeyinə çantası ilə girməyə çalışan şübhəli şəxs vurulub. Paris polis idarəsinin rəisi bildirib ki, ikinci şübhəli şəxsin olduğu da müəyyənləşdirilib.

Məşhur Luvr muzeyinə çantası ilə girməyə çalışan şübhəliyə polis 5 dəfə atəş açıb. Polisdən verilən xəbərə görə, şübhəli yaralanaraq yıxılıb. Ərazidəki metro stansiyaları bağlanıb. Muzey və ətrafı boşaldılıb.

Polis mənbələri muzeyə soxulmağa cəhd edən şəxsin silahlı olduğunu bildirib. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb. Həbs edilən şübhəlinin çantasında partlayıcı maddə olmayıb. Paris polisi hadisənin terror hücumu olduğunu iddia edir./olke.az