BolgeXeber.Com » BÖLGƏ TV » Qardan sonra Biləcəri yolları gölə döndü - VİDEO

Qardan sonra Biləcəri yolları gölə döndü - VİDEO

3-02-2017, 17:19
Oxunub: 4 197 Qardan sonra Biləcəri yolları gölə döndü - VİDEOBir neçə gün ölkəmizə yağan qar paytaxtda və digər bölgələrdə müəyyən problemlər yaradıb

Əriyən qar sularından paytaxtın yolları keçilməz vəziyyətə düşüb. Elə yollar var ki, hətta hərəkət tamamilə mümkünsüz vəziyyətə çatıb.

Bu cür ağır vəziyyətdə olan yollardan biri isə Biləcərinin qəsəbəsi, Sumqayıt şosesi 1 ünvanıdır. Qardan sonra bu ərazidə yollar tamamilə keçilməz olub. Bildirilir ki, hər dəfə yağış yağandan sonra da yollar bu hala düşür, rəsmi qurumlarsa problemə bir əncam çəkmir.