BolgeXeber.Com » Dünya » Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür

Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür

4-02-2017, 09:45
Oxunub: 2 675 Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölürDünyada hər il 8,8 milyon insan bir qayda olaraq gecikmiş mərhələlərdə aşkar olunan onkoloji xəstəliklərdən dünyasını dəyişir

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat yerləşdirilib.
ÜST-nin yeni hesabatı hər il fevralın 4-də qeyd olunan Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə Günü münasibəti ilə dərc olunub.
Təşkilat ekspertləri ayrıca diqqəti xərçəngin erkən diaqnostikası probleminə yönəldirlər, çünki onkoloji xəstəliklərin əksər növləri erkən mərhələdə aşkar edildiyi zaman demək olar ki, tam müalicə olunandır.
Yüksək ölüm halları bir qayda olaraq xəstəliyin artıq 3 və 4-cü mərhələlərdə aşkar olunmasıdır.