BolgeXeber.Com » BÖLGƏ TV » 101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri - VİDEO

101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri - VİDEO

4-02-2017, 10:24
Oxunub: 3 545 101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri - VİDEO101 yaşlı Fənar Quluyeva görənləri təəccübləndirib

Axşam.az "ARB 24"ə istinadən xəbər verir ki, yaşlı qadının 1 əsr yaşı olsa da, nə həkimə gedib, nə də dərman qəbul edib.

Ağbirçək nənə uzunömürlülüyünün sirrini bölüşüb:

"25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnmişəm, nə də dərmandan istifadə etmişəm. Gözüm də görür. Corab toxuyuram, jaket hörürəm. Eynəkdən də istifadə etmirəm.

Gənclərə deyirəm ki, çörək yeməsinlər. Çörək adamın ömrünü gödəldir. Az yemək yeyirəm. Az yemək məni saxlayır. Mən də təzyiq yoxdur".

F.Quluyeva Kəlbəcər rayonunda doğulub, böyüyüb. 9 övladı, 25 nəvəsi, 29 nəticəsi və 3 kötücəsi var.