BolgeXeber.Com » Siyasət » Bakının mərkəzində aksiya

Bakının mərkəzində aksiya

24-09-2012, 12:10
Oxunub: 4 161 Dindarlardan 10 nəfər saxlanıldı

Bu gün bir qrup şəxs Bakıda, Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Onlar Fransada çıxan "Charlie Hebdo" jurnalında islam peyğəmbərinin karikaturasının dərc edilməsinə etiraz bildiriblər.
Aksiya iştirakçıları "La ilahə illəllah", "Canımız sənə fəda, Ya Rəsulallah", "Məhv olsun Fransa", "Allahu Əkbər" şüarları səsləndiriblər. Aksiyada 10 nəfər saxlanılıb. Onlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.