BolgeXeber.Com » Siyasət » Tramp: "İran bir nömrəli terror dövlətidir"

Tramp: "İran bir nömrəli terror dövlətidir"

6-02-2017, 09:34
Oxunub: 3 044 Tramp: "İran bir nömrəli terror dövlətidir"ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-a "qətiyyən hörmət qoymur" və o, "bir nömrəli terror dövlətidir"

"Report" xəbər verir ki, bunu o "Fox News" telekanalına müsahibəsində deyib. "İran bizim ölkəmizə qətiyyən hörmət etmir. O, bir nömrəli terror dövlətidir. O, silahlanmaya pul yatırır", — deyə Tramp əlavə edib.
ABŞ prezidenti İslam Respublikasına qarşı sanksiyalar mövqeyindən hərəkət edəcəyinə vəd verib və əlavə edib ki, ABŞ "artıq bunu etməyə başlayıb".
O öz hərəkətləri barədə əvvəlcədən xəbərdarlıq etməyəcəyini bildirib. Trampın sözlərinə görə, o, xələfi Barak Obamanı həmişə "Mosula və ya digər dövlətlərə qoşun çıxaracağı barədə əvvəlcədən xəbər verdiyinə" görə tənqid edib.