BolgeXeber.Com » Ölkə » Mütəxəsislər xəbərdarlıq edir - belə səhifələrdən uzaq olun!VİDEO

Mütəxəsislər xəbərdarlıq edir - belə səhifələrdən uzaq olun!VİDEO

6-02-2017, 11:55
Oxunub: 4 625 Mütəxəsislər xəbərdarlıq edir - belə səhifələrdən uzaq olun!VİDEOSosial şəbəkələrdə narkotik aləmi açıq-aydın təbliğ edilir

Bir qrup şəxs sosial şəbəkələr vasitəsilə ilə narkomaniyanı təbliğ edir. Bu məqsədlə özlərinə müxtəlif adda səhifədə açırlar. Hətta belə səhifələrin kifayət qədər izləyicisidə var. Mütəxəsislər isə xəbərdarlıq edir: belə səhifələrə üzv olmaq sonradan ciddi problemlərə gətirib çıxara bilər.

Hara baxırsan narkotik bitkilərin fotoları,üstəlik onlarla bağlı məlumatlarda qeyd edilib.

Hətta bu fotoları bəyənənlər və izləyənlərdə kifayyət qədərdi.

Sosial şəbəkələrdə narkotik aləmi açıq-aydın təbliğ edilir. Burada müxtəlif foto və videolar paylaşılır.Bu səhifələri idarə edənlər İzləyici sayını artırmaq üçün müxətlif vasitələrdən istifadə dirlər. Məsələn, instaqram sosial şəbəkəsində yaradılan ''Narkotık çək'' adlı bu səhifənin 12 mindən çox izləyicisi var. ''Narkotik ailemi'' adlı bu səhifənidə izləyənlər az deyil. Səhifəyə diqqət etdikdə aydın olur ki,burada müxtəlif narkotik bitkilərin fotoları paylaşılıb. Əsas məqamlardan biridə bu fotoları çox sayda izləyicinin bəyənməsidir.

Səhifədə izləyicilərdən bu cür foto və məlumatların onlara göndərilməsidə əks olunur. Bununla yanaşı, narkotik çəkib fotosun paylaşanlarda var. Psixoloqlar isə hesab edir ki, belə səhifələri açan şəxslər narkotik ailəmə meyilli olan və narkotikdən istifadə edən şəxslər ola bilər. Bununla yanaşı,sosial şəbəklərdə bu cür səhifəni idarə edən şəxslər bəlli məqəsədlərini həyata keçirmək üçün bu addımı atırlar.

Bəzi hallarda isə səhifənı açanlar özlərinə etibarlı istifadəçi cəlb edib bu işi həyata keçirə bilərlər. Bəs istifadəçilər belə halda nə etməlidirlər? Psixoloq İbrahim İbrahimov deyir ki, ilk növbədə bu cür səhifələrdən dostluq və ya izləmək sorğusu gəldikdə dərhal imtina etmək lazımdır. Çünki, belə səhifələrə qoşulmaq sonradan bir sıra problemlərə gətirib çıxara bilər.

Hüquqşunaslar isə deyir ki, belə hallar xüsusi qanunla tənzimlənir.Yəni İnformasiya və informasiyanın mühafizəsi haqqında qanununda internet resduslarından necə istifadə edilməsi öz əksini tapıb.

Beləki qanunun tələbini pozan fiziki şəxslər 50-80,hüquqi şəxslər 500-800,vəzifəli şəxslər isə 1000-1500 manata qədər cərimə oluna bilərlər.