BolgeXeber.Com » Gündəm » DİN ciddi məsuliyyətlə ölkədə asayişi qorumağa davam edir

DİN ciddi məsuliyyətlə ölkədə asayişi qorumağa davam edir

19-07-2017, 10:20
Oxunub: 4 538 DİN ciddi məsuliyyətlə ölkədə asayişi qorumağa davam edirGeridə qoyduğumuz 2016-cı ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb

"Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin qorunması ölkəmizin başlıca vəzifələrindən biridir."
İlham Əliyev

Bolgexeber.com ölkəmizdə polis qüvvələrinin hansı səviyyədə xidmət göstərdiyini araşdırmağa davam edir. Bununla əlaqədar olaraq, əməkdaşlarımız Bakıda, həmçinin bölgələrdə reportajlar hazırlayıb.

Bir müddətdir bölgələrdə apardığımız müşahidələr göstərir ki, polis qüvvələri ictimai asayişin qorunmasına diqqət edirlər. Daxili İşlər Nazirliyinin ciddi fəaliyyəti görülən işlərdə özünü göstərir.

Fevralın 4-də Azərbaycan Respublikası Baş Prokurorluğunda görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdi.
Həmin iclasda Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov Daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsindən söz açmışdı.
Geridə qoyduğumuz 2016-cı ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə birgə həyata keçirilən səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətindən 172-sinin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunub. Həmin cinayətlərin açılması 96,6 faiz (2015-ci ildə 95,5 faiz) təşkil edib.
Bölgələrdən ilk olaraq Balakən-Zaqatalada olduq. Ucqar rayon olmasına baxmayaraq, sakinlər də bildirirlər ki, son zamanlar polislər öz işlərinə əvvəlkindən daha məsuliyyətlə yanaşırlar.
"Əvvəllər axşam bayıra çıxmağa çəkinirdik. Oğurluqlar baş alıb gedirdi. Qızlarımızı harasa göndərəndə narahatçılıqdan özümüzə yer tapa bilmirdik. Amma axır vaxtlar sabitlik qorunur. Daha rahat çıxırıq istədiyimiz hər yerə. Sağolsun polislər, bizi qoruyurlar."- deyə sakinlər bildirib.
Bəzi vətəndaşlar Balakən-Zaqatala bölgəsində yol polislərinin də fəliyyətindən danışıb.
"Əvvəl gecələr içkili vəziyyətdə yola çıxıb qəza törədənlər çox olurdu. Vurub qaçırdılar. Amma indi yol polisləri elə adamlara özbaşınalıq etməyə imkan vermirlər. Qanun çərçivəsində protokol yazırlar ki, bir də belə vəziyyət yaranmasın."

Polis qüvvələrinin fəaliyyətinə həsr olunmuş təfərrüatlı videoreportajı "Bolgexeber.tv"-dən izləyə biləcəksiniz.

Bolgexeber.com