BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlı şəhid anasının fəryadı hər kəsi kövrəltdi - VİDEO

Azərbaycanlı şəhid anasının fəryadı hər kəsi kövrəltdi - VİDEO

6-02-2017, 20:59
Oxunub: 3 947 Azərbaycanlı şəhid anasının fəryadı hər kəsi kövrəltdi - VİDEO Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb

Xəbər veridiyimi kimi, 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib

Vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edib.

Vida mərasimindən sonra şəhidin ailəsi onun tabutu önünə toplaşıblar. Çingiz Qurbanovun anasının fəryadı isə zaldakı insanları da kövrəldib.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Həmin görüntüləri təqdim edirik: