BolgeXeber.Com » İqtisadiyyat » Manat dollar və avroya nisbətdə bahalaşdı

Manat dollar və avroya nisbətdə bahalaşdı

7-02-2017, 10:20
Oxunub: 3 250 Manat dollar və avroya nisbətdə bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 7-ə olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 6-ı ilə müqayisədə 1,78% ucuzlaşaraq 1,8769 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 2,0593 manatdan 2,0102 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0324 manatdan 0,0319 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,5163 manatdan 0,5071 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3860 manatdan 2,3392 manatadək ucuzlaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,7124 manatdan 0,7036 manatadək azalıb.
Manat dollar və avroya nisbətdə bahalaşdı
Manat dollar və avroya nisbətdə bahalaşdı
Manat dollar və avroya nisbətdə bahalaşdı
Manat dollar və avroya nisbətdə bahalaşdı