BolgeXeber.Com » İdman » "Alaves" tarixində ilk dəfə olaraq İspaniya Kubokunun finalına çıxıb - VİDEO

"Alaves" tarixində ilk dəfə olaraq İspaniya Kubokunun finalına çıxıb - VİDEO

9-02-2017, 12:38
Oxunub: 3 653 "Alaves" futbol üzrə İspaniya Kubokunun yarımfinal oyununun cavab qarşılaşmasında "Selta"nı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq turnirin finalına vəsiqə qazanıb

"Report" xəbər verir ki, matçda yeganə qolu oyunun 82-ci dəqiqəsində Edqar Mendes vurub.
Viqo şəhərində keçirilən birinci oyun qolsuz heç-heçə ilə başa çatmışdı.
Ötən gün "Barselona" iki oyunun nəticəsinə görə "Atletiko"nu məğlub edərək (2:1 səfərdə, 1:1 evdə) 39-cu dəfə Kubokun finalına çıxıb.
Final oyunu mayın 27-də keçiriləcək.