BolgeXeber.Com » Şou-Biznes » Müğənni canlı yayımda Tarkanın kişiliyinə şübhə etdi: "Belə kişi olar?..." - VİDEO

Müğənni canlı yayımda Tarkanın kişiliyinə şübhə etdi: "Belə kişi olar?..." - VİDEO

9-02-2017, 22:01
Oxunub: 8 838  Müğənni canlı yayımda Tarkanın kişiliyinə şübhə etdi: "Belə kişi olar?..." - VİDEOTürkiyəli müğənni Tuğba Əkinçi Popstar Tarkan barəsində qalmaqallı açıqlamalar verib

Missiya.Az Türkiyə mətbuatın istinadən xəbər verir ki, Əkinçi Kanal D televiziyasında yayımlanan «Rəngli Səhifələr» verilişində Tarkanın mahnı dinləyərkən çəkilmiş görüntülərinə baxıb. Daha sonra Əkinçi Tarkanın videoda etdiyi hərəkətlər belə şərh verib.

"Bu yaşdan sonra etdikləri düzgün deyil. Mən Tarkanın dinləyicilərinin narahat olacağını bilə- bilə bu sözləri deyirəm. Məncə Tarkanın bu hərəkəti iyrəncdir. Belə hərəkətlər etməsini kişiyə yaraşdırmıram. Bu nədir qardaş…Mənim sevgilim belə hərəkətlər etsə, indi onu tərk etmişdim. Belə kişi olar? deyərəm. Çox qəribə hərəkətlərdir. Neçə yaşı var. Bunu hərəkətlərinə baxın. Bu hərəkətlər orta yaşlı qadınlara belə yaraşmır».

Müğənninin bu sözləri aparıcıların xoşuna gəlməyib. Qeyd edək ki, Tarkan videonu Sezan Aksunun yeni albomundakı mahnılardan birini dinləyərkən çəkib.

Tuğba Ekinci'den Tarkan: Böyle Erkek mi Olur by haberler