Azərbaycanda dollar 1.58 manata düşdü - QİYMƏTLƏR
10-02-2017, 12:50
Oxunub: 3 629
Bu gün fevral ayının 10-da Azərbaycanın bir çox banklarda dolların satış və alış məzənnəsinin daha da enməsi müşahidə olunur
Səhər saatlarında 1 dolların ən aşağı alış məzənnəsi 1.58 manat, satışı isə 1.73 manatdan başlayır.
Dünən hərracdan sonra dolları 1.6500 manata alan, 1.8000 manata satan "Accessbank” bu gün 1.60 manata alır, 1.7990 manata satır.
"Nikoil Bank” hərracdan sonra dünən 1 dolları 1.6500 manata alırdı, 1.75 manata satırdı. Bu gün isə həmin məzənnə müvafiq olaraq 1.6000 manat, 1.7300 manatdır.
"Atabank” da ABŞ valyutasının məzənnəsini aşağı salıb. Bankda dolların alışı 1.6000 manat, satışı isə 1.7300 manatdır. Xatırladaq ki, dünən Bank dolları 1.6500 manata alıb 1.8350 manata satırdı.
"CDB Bank” isə yalnız satış qiymətini ucuzlaşdırıb. Bu gün bank dolları 1.7700 manata satır. Dünən isə bu məzənnə 1.8300 manat idi.
///fins.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər