BolgeXeber.Com » Ölkə » “Rasim Balayevin özü qudurub” - Xalq artistlərinin qalmaqalı böyüyür

“Rasim Balayevin özü qudurub” - Xalq artistlərinin qalmaqalı böyüyür

10-02-2017, 16:18
Oxunub: 2 190 “Rasim Balayevin özü qudurub” - Xalq artistlərinin qalmaqalı böyüyürXalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı yaranan gərginlik daha da böyüyür

Xalq artisti Rasim Balayev Canəli Əkbərovu qudurğan adlandırıb: “Canəliyə o qədər ordenlər veriblər ki, o artıq qudurub.”
Xalq artisti Canəli Əkbərov AzNews.az-a açıqlamasında onun ünvanına təhqir yağdıranların özlərinin qudurğan olduğunu vurğulayıb:
“Onu mənim ünvanıma deyənlərin özləri qudurub. Mən bununla bağlı daha heç nə demək istəmirəm.”
Xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunmadığına görə, Xalq artisti Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılovun ünvanına ağır və təhqiredici ifadələr işlədib.