BolgeXeber.Com » Ölkə » Sumqayıtın icra başçısından şikayətçi sahibkarlar prezidentə müraciət etdi-VİDEO

Sumqayıtın icra başçısından şikayətçi sahibkarlar prezidentə müraciət etdi-VİDEO

13-02-2017, 13:08
Oxunub: 3 340 Sumqayıtın icra başçısından şikayətçi sahibkarlar prezidentə müraciət etdi-VİDEOSözügedən quruculuq işləri üçün aqlay materialları verən sahibkar bildirir ki, 5 aydı pulumuzu ala bilmirik deyə, borc yiyələri qapımızın qabağını kəsir

Bir neçə saat əvvəl "Bolgexeber.com" da Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinə ayrılmış 3 milyon manatın Sumqayıtın icra başçısı tərəfindən mənimsənildiyini əks etdirən material yayımlanmışdı.
Bir müddət əvvəl sözügedən quruculuq işlərinə fasilə verildi, ancaq əməyi keçən vətəndaşlar hələ də pullarını ala bilməyib.

"İş başlayanda biz bütün danışıqları Müqayis Verdiyevlər apardıq. Amma bir müddət sonra Müqayis Verdiyev vədlərinə əməl etmiyib, pulumuzu vermədi. Biz də məcbur olub işi saxladıq"- deyə şikayətçi sahibkarlar bildirblər.

Sözügedən quruculuq işləri üçün aqlay materialları verən sahibkar bildirir ki, 5 aydı pulumuzu ala bilmirik deyə, borc yiyələri qapımızın qabağını kəsir. Fəhlələrə külli miqdarda borcumuz var, amma ödəyə bilmirik.

Qeyd edək ki, sahibkarlar bütün aidiyyati qurumlara müraciət ediblər və Baş Prokurorluq onların zərərçəkmiş olduğunu rəsmi sənədlərdə təsdiqləyib.
Məsələyə münasibətini öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov bildirdi ki, bu layihələr tenderdə qalib gəlmiş şəxslərin nəzarəti altında həyata keçirilir. Həmin müqavilələr sahibkarlarla tenderdə qalib gəlmiş şəxslər arasında bağlanır. İcra Hakimiyyətinin bu məsələdə heç bir günahı yoxdu.