BolgeXeber.Com » Ölkə » Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

11-02-2017, 11:02
Oxunub: 2 247 Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölübBakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 101-də baş verib

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəbli dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib. (“Report”)