BolgeXeber.Com » İqtisadiyyat » Siqaretlər yenidən bahalaşdı

Siqaretlər yenidən bahalaşdı

11-02-2017, 12:35
Oxunub: 3 160 Siqaretlər yenidən bahalaşdıSatışı kartla olduqdan sonra bəzi kiçik marketlərdə və köşklərdə siqaretlər öz qiymətindən baha satılır

Axar.az xəbər verir ki, böyük marketlərdə siqaretin satış qiymətində heç bir problem olmasa da, kiçik marketlərdə, köşklərdə siqaretlər maya dəyərindən 30-40 qəpik baha satılır. Sözügedən satıcıların sözlərinə görə, şəxsi hesabları olmadığı üçün onlar özləri siqaretləri firmalardan götürə bilmirlər, əvəzində isə böyük marketlərdə pərakəndə satış qiymətinə alıb, üstünə 30-40 qəpik əlavə etməklə, satırlar. Əvəzində isə siqaretin guya bahalaşdığı barədə rəy formalaşdırmağa çalışırlar.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, nazirliyin bu neqativ haldan xəbəri yoxdur. Nazirlik sözçüsü bu məlumatın mütləq yoxlanılacağını və reydlərə başlanılacağını qeyd etdi.