“Lapşin məsələsini siyasiləşdirmək lazım deyil” - Novruz Məmmədov
11-02-2017, 14:16
Oxunub: 3 445
“Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir: “Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda bu öz əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür. Rusiya böyük dövlətdir. Azərbaycanla Rusiya arasında əlaqələr böyük əlaqələridir, böyük tarixi var. Biz bu illər ərzində, 2 əsrdən artıq dövrdə olan proseslərin ən yaxşı təməllərini seçib, iki ölkə arasında əməkdaşlıq qurmuşuq. İki ölkə arasında mehriban dostluq, sıx qonşuluq və strateji tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərindədir. Bu iki ölkə arasında əlaqələrə zərbə vurmaq mümkün deyil. Həmin ərazilər Azərbaycan ərazisidir. Ora gələn şəxs Azərbaycanın razılığı ilə səfər etməlidir. Biz icazə verməmişiksə, deməli bu hüquq pozuntusudur”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə