BolgeXeber.Com » Sosial » Tanınmış yazıçı elan verdi: “Qarovulçu işləməyə hazıram…”

Tanınmış yazıçı elan verdi: “Qarovulçu işləməyə hazıram…”

11-02-2017, 15:21
Oxunub: 3 163 Tanınmış yazıçı elan verdi: “Qarovulçu işləməyə hazıram…”Hazırda vəziyyətim dəhşətli dərəcədə pisdir

Kult.az xəbər verir ki, bu sözləri tanınmış yazıçı, şair Kənan Hacı Feysbuk səhifəsində yazıb. O, iş axtardığını, qarovulçu da işləməyə hazır olduğunu bildirib:

“Dostluğumda xeyli iş adamları var, bəlkə, bu statusu oxuyan oldu. İki aydır işsizəm. Bağ evi və ya hansısa binada qarovulçu yeri varsa, işləyə bilərəm. Əlimdən başqa iş gəlmir”.

Qeyd edək ki, Kənan Hacı uzun müddətdir hepatit C xəstəliyindən əziyyət çəkir. Bir neçə kitabın müəllifi olan yazıçı müxtəlif mətbu orqanlarda çalışıb.