BolgeXeber.Com » BÖLGƏ TV » "Binə" və "Sədərək"dən çörək alıb yeməyin... - VİDEOFAKT

"Binə" və "Sədərək"dən çörək alıb yeməyin... - VİDEOFAKT

13-02-2017, 10:10
Oxunub: 6 024 "Binə" və "Sədərək"dən çörək alıb yeməyin... - VİDEOFAKTBu gün nə yediyimiz, yediklərimizin fərqinə varıb-varmamağımız olduqca ciddi müzakirə predmetinə çevrilib ki, yaranmış rezonansda da görünəni cəmiyyətin haqlı narazılığıdır

DİA.AZ bildirir ki, elə dünən sosial şəbəkələrdə yayılan bir videofakt da yediklərimizə ciddi nəzarət etməyimizi, gigyenik qaydalara əməl edib-etmədiyinə aəmin olmadığımız ünvandan ərzaq almamağımızı vacib edir.

"Facebook" istifadəçilərindən birinin yaydığı videomaterialdan aydın olur ki, Bakıda Bibiheybət istiqamətindən üzü "Binə" və "Sədərək" ticarət mərkəzlərinə doğru çörək daşıyan bir avtomobil rəsmən insanların həyatını təhlükəyə atır. Belə ki, həmin maşında daşınan çörək açıq havada aparılır ki, həmin çörəklərin də havadan müxtəliv təhlükəli zəhərləri qapması iki vur ikidir.Qeyd olunan videogörüntünü təqdim edirik: